20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı- ÖZƏL
16:30 Siyasət"Qanlı Yanvar faciəsindən 36il keçir. 1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasından, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. 1988-ci ildə Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi respublika ərazisinin (29.8 min kv.km.) 25 faizini, təqribən 7.5 min kv. km-ni təşkil edirdi. 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından Ermənistandan növbəti deportasiyası baş verib, nəticədə 250 min azərbaycanlı qaçqın düşüb. Bu hadisəyə, o cümlədən keçmiş "Dağlıq Qarabağın" Ermənistana birləşdirilməsi cəhdlərinə Azərbaycan xalqının etirazı ona qarşı 1990-cı ilin yanvarında sovet qoşunlarının yeridilməsinə səbəb olub". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə barışmadı. Prezident İlham Əliyevin rəhbərliyi ilə 44-qünlük Vətən müharibəsində əldə olunan Tarixi Zəfər və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütovlüyümüzün və suverenliyimizin təmin edilməsilə, həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı. Bu gün Azərbaycan xalqının milli ideyası tarixi torpaqlarına qayıdışı nəzərdə tutur. Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri gedir. İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri sürətlə davam edir, Böyük Qayıdış Proqramı uğurla icra olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycandan zorla qovulmuş soydaşlarımız da indiki Ermənistandakı əzəli yurd yerlərinə qayıdacaqlar. 20 Yanvar hadisələrindəki milli müqavimət nümunələri, 30 illik dövr ərzində işğalla barışmazlıq və 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər bu ümidləri daha da gücləndirir".