O qanlı gecədən başlayan yol, şanlı Zəfərə qədər davam etdi-Özəl

"20 Yanvar şəhidlərinin fədakarlığı Azərbaycanın müstəqillik bünövrəsini qoydu. 1990-cı ilin o qanlı gecəsindən başlayan yol, 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfərə qədər davam etdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Bu gün qətiyyətlə deyə bilərik ki, 20 Yanvar şəhidlərinin və Vətən uğrunda canından keçən bütün qəhrəmanlarımızın ruhu şaddır. Onların Azərbaycanın azadlığı və ərazi bütövlüyü naminə başlatdıqları mübarizə öz məntiqi nəticəsinə çatdı. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan parlaq Zəfər və 2023-cü ilin 20 sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə ölkəmizin suverenliyi bütün ərazilərimizdə tam bərpa olundu.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərində Azərbaycanın üçrəngli dövlət bayrağını ucaltması, əslində, 1990-cı ilin o qanlı gecəsində tankların qarşısına sipər çəkən xalq iradəsinin mütləq qələbəsi idi. 20 Yanvarda qırılan zəncirlər, 20 sentyabrda bütöv Azərbaycanın sarsılmaz dövlətçilik qalasına çevrildi. Artıq Şəhidlər Xiyabanını ziyarət edən hər bir vətəndaş oradan məğlub xalqın övladı kimi deyil, ərazi bütövlüyünü bərpa etmiş qalib bir millətin nümayəndəsi kimi keçir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31