Ruben Rubinyan: “TRIPP-də 26 faiz pay Ermənistan üçün veto hüququ deməkdir” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan yanvarın 19-da jurnalistlərə açıqlamasında "səhmdarlar" anlayışı ilə "şirkət-dövlət münasibətləri"nin fərqləndirilməsinin vacibliyini bildirib.

Onun sözlərinə görə, Ermənistanda dövlətin payı olmadığı minlərlə şirkət fəaliyyət göstərir, lakin bu, hökumətin onları nəzarətsiz buraxması anlamına gəlmir. Belə şirkətlər ölkə qanunvericiliyinə uyğun işləyir, vergi ödəyir və dövlət tərəfindən tənzimlənir.

Rubinyan qeyd edib ki, TRIPP şirkətində Ermənistanın 26 faiz paya sahib olması biznesin idarə olunmasında söz hüququ verir. Xüsusilə dövlətin suveren maraqlarına toxunan məsələlərdə bu pay Ermənistana veto hüququ təmin edir və razılığı olmadan qərar qəbul edilə bilməz.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31