Qanlı etirazlardan sonra Davos İrandan İMTİNA ETDİ

Bu gün Dünya İqtisadi Forumu İranını xarici işlər naziri Abbas Əraqçının bu həftə Davosda keçiriləcək iclaslarda iştirak etməyəcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.

Forumun rəsmi bəyanatında bildirilib ki, "İslam Respublikasının xarici işlər naziri Davosda baş tutacaq foruma qatılmayacaq".

Bəyanatda vurğulanır ki, Əraqçı əvvəlcədən foruma dəvət olunsa da, son həftələr ərzində İranda mülki şəxslərin faciəvi şəkildə öldürülməsi fonunda İran hakimiyyətinin bu il Davosda nümayəndə ilə təmsil olunması uyğun hesab edilməyib.

Qeyd olunur ki, bu qərar İslam Respublikasına qarşı beynəlxalq səviyyədə artan tənqidlərlə üst-üstə düşür. Eyni zamanda, Münhen Təhlükəsizlik Konfransı da daha əvvəl Abbas Əraqçıya ünvanlanan dəvəti ləğv edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31