Kilsə və dövlət: Erməni hüquqşünasdan ABŞ modelinə istinad – ÖZƏL

Olaylar.az xəbər verir ki, hüquq elmləri doktoru, professor Artur Qambaryan Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinə qarşı siyasətini tənqid edərək, dövləti ABŞ Ali Məhkəməsinin presedentlərini nəzərə almağa çağırıb.

Professorun fikrincə, kilsə daxili məsələlər dövlət nəzarətindən kənardır: ABŞ Ali Məhkəməsinin (məsələn, Hosanna-Tabor işi) qərarlarına görə, dövlət dini təşkilatların kilsə xidmətçilərini təyin etmə və ya işdən çıxarma qərarlarına müdaxilə edə bilməz.

Tədqiqatlar göstərir ki, kilsə ilə ruhani arasında klassik əmək müqaviləsi və maaş münasibətləri mövcud deyil. Bu səbəbdən kilsə daxili intizam məsələləri mülki məhkəmələrin yurisdiksiyasına daxil deyil.
Kilsə öz rəhbərlərini dövlətin müdaxiləsi olmadan sərbəst şəkildə seçmək konstitusion hüququna malikdir.

Qambaryan vurğulayır ki, istər Ermənistan konstitusiyası, istərsə də beynəlxalq hüquq normaları kilsə-ruhani münasibətlərini dövlət nəzarətindən kənar saxlayır.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31