20 Yanvar- Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayət əməli- ÖZƏL
12:15 Siyasət20 Yanvar- Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsi...
Sovet imperiyasının gerçək mahiyyətini,əsl simasını bütün dünyaya nümayiş etdirən,qoca,qadın,uşaqlar daxil mülki əhalini hədəf alan,xüsusi qəddarlıq və misli görünməmiş vəhşilikləri ilə müşayiət edilən təcavüzkarlıq aksiyası olan o müdhiş qətlamdan- Azərbaycan tarixinə "20 Yanvar faciəsi", xalqının milli yaddaşına "Qara Yanvar", "Qanlı Yanvar" kimi həkk olunan və eyni zamnada həm də Azərbaycan xalqının azadlıq mübarizəsi tarixinə şanlı qəhrəmanlıq səhifəsi kimi həkk olunan 1990-cı il 20 Yanvar hadisələrindən 36 il keçir.
Sovet imperiyasının totalitar mahiyyətinin qanlı nümunəsi-20 yanvar qətlamı-xalqımızın milli azadlıq mübarizəsini boğmaq,xalqın inam və iradəsini qırmaq,mübarizədən çəkindirmək məqsədi daşıyırdı.Amma sovet rejiminin Azərbaycanda milli azadlıq hərəkatını güc yolu ilə yatırmağa hesablanmış bu cinayətkar əməli tamamilə əks effekt-bumeranq effekti verdi...20 Yanvar faciəsi,Azərbaycan xalqının təfəkkürünü sovet universitetırinin 70 il ərzində irəlilətdiyindən daha çox irəlilətdi, xalqımızı bir yerə toparladı,birləşdirdi,bir gecənin ərzində xeyli BÖYÜTDÜ,öz tarixi mübarizə ənənələrinə sadiqliyinin nümayişi kimi, milli azadlıq və müstəqil dövlət qurmaq əzəmini daha da gücləndirdi,Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. 20 Yanvar qətlamı Azərbaycanda sovet sisteminə qarşı milli azadlıq hərəkatının geniş vüsət almasına təkan verdi.20 Yanvar qətlamı və ondan döğan müqavimət hərəkatı sovet sisteminin gözlənildiyindən daha tez dağılması prosesini Sovet ordusunun Tiflisdə, Vilnüsdə törətdikləri qanlı hadisələrdən daha çox sürətləndirdi,sükutunu labüd etdi.20 Yanvar hadisələrinin və onun əks təsirinin tarixi bir daha göstərdi ki, dövlətçilik ənənələrini yaşatmağa qadir xalqı müstəqillik yolini bir qədər ləngitmək mümkün olsa da,ümumilikdə müstəqillik uğrunda mübarizədən tam yayındırmaq,çəkindirmək, onu qorxutmaq,susdurmaq, dayandırmaq mümkünsüzdür.
Bu gün 20 Yanvar şəhidlərinin ruhu şaddır.Azərbaycan xalqının müstəqillik ideyası ətrafında sıx birləşməsi və davamlı mübarizəsi Azərbaycanın öz dövlət müstəqilliyini bərpası ilə nəticələndi...Və həm də onların Azərbaycanın azadlığı,müstəqilliyi uğrunda apardığı mübarizə ərazi bütövlüyü və suvernliyi uğurunda mübarizə ilə tamamlanıb tam qələbə ilə nəticələndi.
Qədirbilən xalqımız Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan insanların xatirəsinə daim ehtiramla yad edir. Allah 20 yanvar şəhidləri də daxil olmaqla Azərbaycanımızın müstəqilliy,ərazi bütövlüyü,şüverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu daim şad olsun!!!
Əli Məsimli
Milli Məclisin deputatı