“İranın parçalanması və şah rejiminin bərpası mümkün deyil” -Aleksandr Knyazev

"Son hadisələr fonunda İran güclü dezinformasiya axını ilə üz-üzə qalıb və bu, reallığı təhrif edir".

Globalinfo.az xəbər verir ki, bunu İran üzrə mütəxəssis  deyib.

Onun sözlərinə görə, İran cəmiyyəti dövlətçilik məsələlərində yüksək dərəcədə konsolidasiyalıdır və əhalinin böyük əksəriyyəti hökuməti və onun siyasi kursunu dəstəkləyir. Etirazlarda əsasən şəhər mühiti iştirak edir, kənd əhalisi isə proseslərə qoşulmur.

Knyazev etnik əsasda ölkənin parçalanması və ya keçmiş şah rejiminin bərpası ilə bağlı iddiaları real hesab etmir. O vurğulayır ki, İranda sosial bərabərsizlik bir çox ölkələrlə müqayisədə daha zəifdir və şiəlik cəmiyyəti birləşdirən mühüm amildir.

Ekspertin fikrincə, Rusiya və Çin İran ətrafında baş verən proseslərə fərqli yanaşırlar. Moskva mümkün destabilizasiyanı strateji risk kimi görür, Pekin isə daha ehtiyatlı mövqe tutur.

Ekspert qeyd edib ki, vəziyyəti düzgün qiymətləndirmək üçün İranda baş verənləri kənardan deyil, ölkəni daxildən tanıyaraq təhlil etmək lazımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31