Qırğızıstan Respublikasının nümayəndə heyəti Milli Məclisdə olub

Qırğızıstan Respublikasının nümayəndə heyəti Bakıya səfəri çərçivəsində 15 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Milli Məclisində qəbul olunub. Nümayəndə heyəti Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, cənab Əli Hüseynli ilə görüşüb. MM-dən "Olaylar"a bildirilib ki, görüş zamanı iki ölkə arasında hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, habelə mediasiya institutunun inkişaf perspektivləri müzakirə olunub.
Komitə sədri cənab Əli Hüseynli çıxışında Azərbaycanda mediasiya institutunun fəaliyyət mexanizmləri, mübahisələrin səmərəli həlli məqsədilə yaradılmış institusional imkanlar barədə ətraflı məlumat verib. O, mediasiyanın vətəndaşların hüquqlarının qorunmasında oynadığı rol, eləcə də hüquqi sistemdə alternativ mübahisə həlli mexanizmlərinin əhəmiyyətini xüsusi vurğulayıb.
Türk Dünyası Arabulucular Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel öz növbəsində ölkələrində mediasiya sahəsində həyata keçirilən islahatlar, qanunvericilik təşəbbüsləri və praktik təcrübələr barədə məlumat verib. Nümayəndə heyəti Azərbaycanın bu sahədəki təcrübəsini öyrənmək, əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək və gələcəkdə birgə təşəbbüsləri genişləndirmək məqsədilə görüşdə iştirak etdiklərini bildirib.
Azərbaycan Respublikası Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov beynəlxalq əməkdaşlığın mediatorların peşəkar təcrübəsinin zənginləşdirilməsində və institusional inkişafda mühüm rol oynadığını qeyd edərək, bu cür görüşlərin qarşılıqlı fayda yaratdığını vurğulayıb.
Görüşün sonunda tərəflər mediasiya sahəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, birgə təlim və seminarların təşkili, eləcə də parlamentlər və aidiyyəti qurumlar arasında davamlı əməkdaşlıq mexanizmlərinin qurulması perspektivlərini müzakirə ediblər. Tərəflər bu cür görüşlərin regionda hüquqi təcrübə mübadiləsinə və əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini bildir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31