Avropada "Putin" çatlağı: London danışıqlara qarşı çıxır – ÖZƏL

Avropa ölkələri arasında Rusiya-Ukrayna müharibəsinin həlli üçün Vladimir Putinlə dialoqun bərpası məsələsində ciddi fikir ayrılığı yaranıb.

Olaylar.az xəbər verir ki, Britaniyanın daxili işlər naziri İvett Kuper (Politico-ya müsahibəsində) Putinlə dialoqun əleyhinə olduğunu bildirib. O, Rusiyanın sülh istəyinə dair heç bir sübut olmadığını və təzyiqlərin (hərbi və iqtisadi) artırılmasının vacibliyini vurğulayıb. Emmanuel Makron və Corca Meloni dialoqun tərəfdarı kimi çıxış edirlər. Onlar Aİ-nin Rusiya ilə danışıqlar üçün xüsusi nümayəndə təyin etməsini istəyirlər. Paris və Roma ehtiyat edirlər ki, ABŞ Avropanı kənarda qoyaraq Moskva ilə təkbaşına sövdələşməyə gedə bilər.
Makron 2025-ci ilin iyulunda Putinlə 3 illik fasilədən sonra ilk dəfə danışıb və bu yaxınlarda dialoqun "yaxın həftələrdə" bərpasının faydalı olacağını qeyd edib.

Hazırda Avropa İttifaqı bu məsələdə vahid mövqe formalaşdırmağa çalışır, lakin Londonun sərt müqaviməti və Paris-Roma xəttinin "diplomatik həll" axtarışı qitədə siyasi qütbləşməni dərinləşdirir.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31