Tarixi faktlar və şahid ifadələri zikhlərin üzləşdiyi vəhşiliklərin real mənzərəsini ortaya qoyacaq - Abbas Abbasov

Bu konfrans yalnız akademik müzakirə və ya simvolik bir tədbir deyil. Konfrans çərçivəsində zikhlərə qarşı ayrı-seçkiliyin tarixi kökləri və ədalətə nail olmaq uğrunda davam edən mübarizə dərindən təhlil olunacaq.

Trend  xəbər verir ki, bu fikirləri bu gün Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı direktoru Abbas Abbasov "Hindistanda zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" mövzusunda keçirilən beynəlxalq konfransda səsləndirib.

"Söylədiyim sözlər zikhlərin üzləşdiyi qətliamları, insan hüquqlarının kobud şəkildə pozulmasını və törədilən vəhşilikləri tam mənada ifadə etməyə yetmir", - deyə o qeyd edib.

A.Abbasov əlavə edib ki, sərgi materialları, tarixi faktlar və şahid ifadələri bu problemin real və obyektiv mənzərəsini ortaya qoyacaq.

"Bakı Təşəbbüs Qrupu son iki ildə 30-dan çox beynəlxalq konfrana təşkil edib. BTQ 20-dən çox ölkə ilə əməkdaşlıq qurub", - deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31