Von der Leyen və Tramp Davosda Ukrayna üzrə danışıqları müzakirə edə bilər- ÖZƏL
12:58 SiyasətAvropa Komissiyasının sədri Ursula von der Leyen və ABŞ Prezidenti Donald Tramp gələn həftə Davosda görüşərək Ukraynadakı sülh danışıqlarını müzakirə etməyi planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə İspaniyanın El País qəzeti Avropa İttifaqı strukturlarındakı mənbələrə istinadla məlumat verib.
Qeyd olunur ki, Dünya İqtisadi Forumunun (WEF) Davos toplantısı bu il 19-23 yanvar tarixlərində keçiriləcək və tədbirdə Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edəcək. Von der Leyenin çıxışı 20 yanvar, Trampla görüşü isə ilkin olaraq bir gün sonrakı tarixdə nəzərdə tutulub. Qəzetin yazdığına görə, son günlər von der Leyen Qrenlandiya məsələsi ilə bağlı açıqlamalarında ehtiyatlı davranır, çünki Brüsseldə ABŞ-ın Kiyevə dəstəyini dayandırmaq ehtimalından narahatlıq mövcuddur.