Fidanın Paşinyanla bağlı sözləri İrəvanı qarışdırdı: Ermənilər qarşı-qarşıya

Türkiyənin xarici işlər naziri Hakan Fidanın ötən gün keçirdiyi mətbuat konfransında Ermənistanda bu il baş tutacaq parlament seçkiləri və baş nazir Nikol Paşinla bağlı sözləri müzakirələrə səbəb olub. 

Globalinfo.az xəbər verir ki, Fidan seçkilərlə bağlı sorğularda Paşinyanın partiyasının öncə olduğunu, Türkiyənin onu dəstəklədiyini və mövcud sülh xəttinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Fidanın sözləri Ermənistan müxalifəti tərəfindən birmənalı qarşılanmayıb. Xüsusilə "Moskvanın adamı" olaraq tanınan Samvel Karapetyanın komandası, həmçinin kəskin müxalifətçi politoloq Suren Surenyants Fidanın sözlərini Türkiyənin daxili işlərinə müdaxilə kimi qələmə veriblər.

Lakin Ermənistan parlamentinin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşması prosesi üzrə nümayəndə Ruben Rubinyan bu iddiaların yalan olduğunu bildirib. Rubinyan Ankaranın Paşinyanı dəstəkləmədiyini, Fidanın sadəcə hazırkı hökumətin konstruktiv, sülhmeyilli mövqeyini təqdir etdiyini söyləyib.

Sözügedən məsələ ölkədə müxalifət və hakimiyyət nümayəndələri arasında qalmaqala səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31