MM Aparatının nümayəndə heyəti BƏƏ və Bəhreyn Krallığında səfərdə olub

Milli Məclis Aparatının nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində və Bəhreyn Krallığının Manama şəhərində səfərdə olub. "Olaylar" xəbər verir ki, səfərlər zamanı Milli Məclisin Aparatı ilə Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının və Bəhreyn Nümayəndələr Şurasının Baş katiblikləri arasında təcrübə mübadiləsi çərçivəsində süni intellektin parlament fəaliyyətində tətbiqi və "Yaşıl Parlament" layihəsi ilə bağlı mütərəqqi təcrübələrdən yararlanmaq barədə müzakirələr aparılıb.
Birləşmiş Ərəb Əmirliklərinə səfər zamanı Federal Milli Şuranın fəaliyyəti ilə tanışlıq çərçivəsində Milli Məclis Aparatının nümayəndə heyətinə Baş Katibliyin müxtəlif idarələrinin rəhbərləri tərəfindən təqdimatlar edilib. Federal Milli Şuranın Baş Katibliyinin parlament araşdırmaları, plenar sessiyaların və komitələrin işinin təşkili, rəqəmsal transformasiya və süni intellektin tətbiqinə məsul olan müvafiq şöbələrinin məlumatları dinlənilib, BƏƏ parlamentinin strukturu, nəzarət funksiyası, qanunvericilik və beynəlxalq fəaliyyəti, həmçinin ictimaiyyətlə əlaqələri barədə çıxışlar edilib, qeyd olunan mövzularla bağlı geniş fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31