Paşinyanın dəmir yolu planı: Zatulin "tələ" xəbərdarlığı edir – ÖZƏL
10:37 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan və Türkiyə sərhədlərinə doğru dəmir yolu hissələrinin bərpası üçün Rusiyaya müraciət etməsi Moskvada birmənalı qarşılanmayıb. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin müavini Konstantin Zatulin hesab edir ki, bu addım Moskvanın maraqlarını qorumaq deyil, mümkün tənqidlərdən yayınmaq məqsədi daşıyır.
Zatulinin sözlərinə görə, ABŞ-Ermənistan razılaşmalarına əsasən, bu tranzit dəhlizindən gələn gəlirin 76%-i ABŞ-yə, 24%-i isə Ermənistana çatacaq. Rusiya bu layihədə səhmdar kimi iştirak edə bilməz.
Deputat qeyd edir ki, Paşinyan Rusiyanı bərpa işlərinə cəlb etməklə "oxları Rusiyaya tərəf yönəltmək" istəyir. Məqsəd, gələcəkdə bu layihəyə görə tənqid olunarsa, Rusiyanın da prosesin iştirakçısı olduğunu əsas gətirməkdir.