ABŞ-ın İslandiyadakı səfiri vəzifəsinə namizəd “52-ci ştat” zarafatına görə üzr istədi- ÖZƏL
09:28 SiyasətABŞ-ın İslandiyadakı səfiri vəzifəsinə namizəd Bill Lonq İslandiyanın ABŞ-ın 52-ci ştatı ola biləcəyi ilə bağlı səsləndirdiyi zarafata görə üzr istəyib. Olaylar.az xəbər verir ki, o, Arctic Today portalına müsahibəsində bildirib ki, bu fikir ciddi məna daşımayıb.
Lonqun sözlərinə görə, zarafat dost mühitində edilib: "Üç ildir görmədiyim bir neçə insanla birlikdə idim. Onlar ABŞ-ın Qrenlandiya üzrə xüsusi elçisi Ceff Lendri barədə zarafat edərək onu Qrenlandiyanın qubernatoru adlandırırdılar. Sonra mənim haqqımda da zarafat etməyə başladılar. Əgər bu sözlər kimisə incitdisə, üzr istəyirəm".
Politico nəşri mənbələrə istinadən yazıb ki, Lonq ABŞ Konqresinin üzvləri ilə görüş zamanı İslandiyanın 52-ci ştat ola biləcəyini və özünün də onun qubernatoru kimi çıxış edə biləcəyini zarafatla dilə gətirib.
Qeyd edək ki, yanvarın 15-də Avstriyanın sabiq xarici işlər naziri, Sankt-Peterburq Dövlət Universitetinin G.O.R.K.I. mərkəzinin rəhbəri Karin Knaysl TASS-a müsahibəsində Qrenlandiyanın ABŞ-ın 51-ci ştatına çevrilə biləcəyi ehtimalını səsləndirib.