Putindən SENSASİON AÇIQLA MA: Rusiya Ukraynada öz hədəflərinə davamlı şəkildə çatmağa çalışacaq
18:32 SiyasətRusiya prezidenti Vladimir Putin Ukrayna böhranının Rusiyanın maraqlarının uzun müddət gözardı edilməsinin və NATO-nun Rusiyanın sərhədlərinə yaxınlaşmasının birbaşa nəticəsi olduğunu bildirib.
Musavat.com xəbər verir ki, Putin müharibənin başlanmasını izah edərək, Rusiya üçün verilən açıq vədlərin pozulmasının böhrana səbəb olduğunu vurğulayıb.
Putin Rusiya hökumətinin "balanslaşdırılmış siyasət" yürütməyə davam edəcəyini və "çoxqütblü dünyanın" tərəfdarı olduqlarını qeyd edib.
O həmçinin, Rusiyanın bütün tərəfdaşları ilə qarşılıqlı faydalı əlaqələr qurmağa davam edəcəyini və Cənubi Koreya ilə əlaqələrin bərpasına maraqlı olduqlarını bildirib.
Prezident Avropa ölkələri ilə əlaqələrin bərpası məsələsində də söz açıb, Rusiyanın bu əlaqələrin normallaşmasını və Avropa ilə münasibətlərin bərpasını gözlədiyini bildirib.
Putin Rusiyanın beynəlxalq münasibətlərdə "konkret və konstruktiv siyasi kursunu" davam etdirəcəyini vurğulayıb.