Paşinyanın seçkilərdə  qalib gəlməsi "Yekun sülh” müqaviləsinin bağlanması deməkdir-Özəl

"Dörd məhbusun Ermənistana verilməsində problem yoxdur. Azərbaycanın Ermənistana dörd məhbusu təhvil verməsi ikitərəfli əlaqələrin inkişafı və sülh istiqamətində etimadın möhkəmləndirilməsidir".  "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Ermənistanda seçkilər yaxınlaşır" Məhz N.Paşinyanın qalib gəlməsi "Yekun sülh" müqaviləsinin bağlanması deməkdir. Dörd məhbusun təhvil verilməsi ilə N. Paşinyan seçkilərdə mövqeyini gücləndirilməsi istiqamətində istifadə edəcək.
Azərbaycan həbs etdiyi bütün ermeniler cinayətkarlardi. Onları məhz öz ərazilərimizdə həbs etmişik və cinayətləri də sübut olunub. Qeyd edim ki, Ermənistan tərəfi Zəngəzur dəhlizi ilə bağlı praktiki addımlar atdıqdan sonra, Azərbaycan dörd ermənini təhvil verdi. 
Qarabağda separatçı rejimə və onun qanunsuz silahlı dəstələrinə rəhbərlik etmiş şəxslərin təhvil verilməsi mümkün deyil. Ümumiyyətlə , onları Ermənistan da qəbul etmək istəmir. Onlar, Ermənistana verilərsə, potensial şəkildə N. Paşinyana qarşı müxalifətdə çıxış edəcəklər. Ermənistan da revanşizmin inkişafına səbəb olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31