20 Yanvar faciəsi: hadisələrin siyasi və hüquqi səbəbləri -ÖZƏL 

"1990-cı ilin 20 yanvarında Bakıda baş vermiş qanlı hadisələrə obyektiv, hüquqi, siyasi qiymət vermək üçün bu hadisələr öncəsi respublikanın ictimai-siyasi həyatında yaşanmış proseslər elmi, hüquqi zəmində hərtərəfli araşdırılmalı, məlum olayların baş verməsinə görə ayrı-ayrı siyasi qüvvələrin fəaliyyəti tədqiq edilməli, bəlli faciənin yaşanmasına görə, o zamankı respublika rəhbərliyinin, siyasi  muxalifətin məsuliyyəti müəyyənləşdirilməli, SSRİ və Azərbaycan rəhbərliyinin hadisələrin bu həddə çatdırılmasına görə mövqeyinə hüquqi və siyasi qiymət verilməlidir".
Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlamasında söyləyib: 
" Ermənistanın millətçı dairələrinin  dünyadakı erməni diasporasının maliyyə dəstəyi ilə Qarabağ ətrafında başladıqları qanundan kənar mübarizə, habelə bu layihədən SSRİ-nin çökdürülməsi üçün Erməni Konqresi ilə Qərbdə əməkdaşlıq edən siyasi dairələrin maraqları, SSRİ-nin süqutu məqsədi ilə Qərblə gizli sövdələşməyə gedən partnomenklaturanın yüksək çinli təmsilçilərinin siyasi gedişləri respublikada ictimai-siyasi münasibətləri kəskinləşdirmiş,  o  vaxtkı respublika rəhbərliyinin səriştəsizliyi, hadisələrin vaxtında və qanun çərçivəsində qarşısının alınması üçün siyasi iradə və qətiyyət nümayiş etdirə bilməməsi, siyasi böhrandan konyuktur maraqlar üçün istifadə  etmək istəyən siyasi muxalifətin "Troya atı" konteksində çıxış etməsi cəmiyyətdə qarşıdurma ab-havası yaratmaqla onun kortəbii şəkildə yanvar faciəsinə sürüklənməsinə sərait yaratmışdır.
Bakıda və bölgələrdə xalqın Qarabağ ətrafında yaşananlarla bağlı narazılığını konyuktur maraqlara köklənən məlum siyasi qüvvələr ictimai narazılığın qeyri-hüquqi müstəvi üzərinə çıxarılmasına nail olmuş, qeyri-qanuni və zorakılıqla müşahidə olunan proseslərlə ictimai sabitliyi pozmuş, nəticə etibarı ilə Kremlə ölkə, onun paytaxtında qanunçuluğu müdafiə etmək, dövlət çevrilişinə cəhdlərin qarşısını almaq adı ilə fövqəladə vəziyyətin tətbiqinə, Bakıya qoşun hissələrinin yeridilməsinə hüquqi zəmin yaratmışdır. Yanvar faciəsindən 1 həftə əvvəl Bakıda yaşanmış erməni talanları, 1989-cu ilin dekabrında isə Sovet-İran dövlət sərhədində təşkil edilmiş təxribatlar SSRİ rəhbərliyinə Azərbaycanda islam fundamentalizmi, habelə etnik-milli zəmində guya ki, dərinləşə biləcək qanundan kənar hərəkətlərin qarşısını almaq məqsədilə "qoşun hissələri" yeritməyə əsas vermişdir. Gerçəkdə isə məqsəd Azərbaycanda cəmiyyətin demokratikləşməsinə xidmət edə biləcək hadisələrin, ilk növbədə parlamentə demokratik əsasda keçirilə biləcək seçkilərin qarşısını almaq olmuşdur. Təəssüflər olsun ki, konyuktur mahiyyət təşkil edən maraqlar naminə yaşananların gerçək səbəblərindən məlumatı olmayan kütlə məlum siyasi qüvvələr tərəfindən ordu ilə qarşıdurmaya sürükənmiş və bəlli faciə yaşanmışdır. 20 yanvar faciəsinin başlıca səbəbkarlarından olan SSRİ prezidenti Qorbaçov o zaman Nobel sülh mükafatına layiq görulmüşdür. Zira 1989-cu ildə onun ABŞ prezidenti Buşla Maltada keçirilmiş məxfi görüşündə SSRİ-də insan haqları və demokratiya uğrunda gedən mübarizə qanun çərçivəsindən kənara çıxıb, zorakılıqla müşahidə olunacağı halda bu zəmində hadisələrin qarşısını almaq üçün Moskvanın qanuni şəkildə zorakılığın tətbiqinə gedə biləcəyi ilə bağlı müraciətinə Qərbdə müsbət cavab verilmişdi. Azərbaycanın o zamankı siyasi muxalifəti isə məlum məqsədlər uğrunda mübarizəsində dinc deyil, zorakı vasitələrə müraciət etməyi məqbul bilmişdi. Hələ o zaman hadisələrin gerçək siyasi mahiyyətinə Ümummilli lider Heydər Əliyev özunəməxsus diplomatik ustalıq və bacarıqla qiymət vermiş, tərəflərin baş vermiş hadisələrə görə siyasi və hüquqi məsuliyyət daşıdığını qeyd etmişdir. Ümumiyyətlə respublika rəhbərliyinin və siyasi muxalifətin böyuk dövlətçilik təcrübəsi olan nəhəng siyasətçi Heydər Əliyevi yaşanan hadisələrdən kənar tutmaq istəyi, xalq üçün həlledici və məsul bir anda onunla siyasi məsləhətləşmələr aparmaq istəməmələri 20 yanvar faciəsinin yaşanmasına səbəb olmuşdur. SSRİ rəhbərliyinin o zaman Azərbaycan parlamenti və siyası dairələri ilə razılaşdırmadan Bakıya ordu hissələrinin yeridilməsi haqqında qanununa gəlincə, bu SSRİ və beynəlxalq hüquqa zidd bir addım idi". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31