Şəhid ailələri dövlətin ən müqəddəs ünvanıdır -Özəl
12:57 Siyasət"Cənab Prezident İlham Əliyevin Ağdərə rayonunda şəhid ailələri və sakinlərlə keçirdiyi görüş müasir Azərbaycan tarixinin ən şərəfli səhifələrinin davamı kimi yadda qaldı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Uzun illər işğal altında qalan, dağıdılan və viran edilən torpaqlarımızın azad olunması güclü siyasi iradənin, qətiyyətli liderliyin və sarsılmaz dövlət mövqeyinin nəticəsidir. Məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin prinsipial mövqeyi, milli maraqlara söykənən siyasəti və "Qarabağ Azərbaycandır!" iradəsi bu tarixi Zəfərin əsas təməlini qoydu.
Cənab Prezidentin söylədiyi hər söz bir həqiqəti bir daha təsdiqlədi: bu torpaqlar bizə miras yox, əmanətdir - şəhidlərimizin əmanəti. Bu gün azad edilmiş yurdlarımızda cənab Prezidentin şəhid ailələri ilə üz-üzə dayanması, onların dərdinə, ağrısına, xatirəsinə bu qədər həssaslıqla yanaşması dövlət-xalq birliyinin ən uca nümunəsidir.
Bu torpaqlara həyat qayıdırsa, bu, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına mümkün olub. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, şəhid ailələri dövlətin ən müqəddəs ünvanıdır. Onlara göstərilən diqqət sadəcə qayğı deyil, milli vicdanın göstəricisidir.Hər daşın altında bir xatirə, hər yolun sonunda bir şəhid adı var. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların ruhu şaddır - çünki bu Vətənin Sahibi var, Sözünə və Əmanətinə sahib çıxan Dövləti var".