Ayxan Hacızadə TRIPP-in icrası üzrə çərçivə sənədinə dair sualı cavablandırıb

Xəbər verdiyimiz kimi, 13 yanvar tarixində Ermənistan xarici işlər nazirinin ABŞ-yə səfəri zamanı "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" (TRIPP) icrası üzrə çərçivə sənədi ictimaiyyətə açıqlanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) sənədə dair öz mövqeyini açıqlayıb.

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki,

Qeyd edilən sənədin qəbul edilməsi 8 avqust Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılıqlara ABŞ tərəfinin sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, bu sahədə əməli işlərə başlamaq üçün mühüm addımdır. Bu, eyni zamanda, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından əhəmiyyət kəsb edir.

Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi ölkəmizin əsas prioritetlərindən biridir. TRIPP marşrutu bununla yanaşı, daha geniş bölgədə ticarət və bağlantıların şaxələndirilməsi baxımından vacibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31