Mədəni və yaradıcı sənayenin Ümumi Daxili Məhsulda payı üzrə göstəricilər məlum olub

Mədəni və yaradıcı sənayenin (MYS) iqtisadi və sosial təsirlərinin qiymətləndirilməsi və Ümumi Daxili Məhsulda (ÜDM) payının ölçülməsi üçün beynəlxalq praktikaya uyğun metodologiya müasir təmayüllərdəndir.

Olaylar.az- məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nda öz əksini tapıb.

Bildirilib ki, Azərbaycanda hazırda bu sahədə metodoloji işlər davam etdirilir.

İlkin hesablamalara əsasən, MYS-nin ÜDM-dəki payı 2018-ci ildə 0,6 faiz, 2019-cu ildə 0,8 faiz, 2020-ci ildə 0,9 faiz, 2021-ci ildə 0,69 faiz, 2022-ci ildə 0,6 faiz, 2023-cü ildə 0,72 faiz, 2024-cü ildə isə 0,8 faiz təşkil edib.

MYS-nin qeyri-neft sektorunda payı 2021-ci il (1,1 faiz) ilə müqayisədə artaraq, 1,2 faiz təşkil edib.

2024-cü ildə MYS-nin ölkənin mal ixracında payı 2022-ci illə müqayisədə 2,5 dəfə artıb.

MYS subyektlərinin ümumi sayı və MYS ilə məşğul olan hüquqi şəxslərin sayı 2022-ci illə müqayisədə artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31