Azərbaycanın daha bir strateji qələbəsi- ÖZƏL

"Ermənistan Xarici işlər naziri A. Mirzoyanla ABŞ Dövlət katibi M. Rubio Zəngəzur dəhlizinin  (TRİP) marşrutunun açılmasını rəsmiləşdirilməsi istiqamətində birgə Bəyannamə imzaladi. ABŞ TRİP marşrutunda 74% paya, Ermənistan 26% paya sahib olacaq. Vaşinqtonda imzalanması bəyanatı Azərbaycanın strateji qələbəsi demək olar". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: " Ermənistan uzun müddət "Zəngəzur" dəhlizinin açılmasına qarşı çıxıb. Hazırda isə, dəhlizin açılması üçün ABŞ-la ikitərəfli müqavilə imzalayır. Bu sənəd Ermənistan məhz Rusiyanın təsir və təzyiqlərini neytrallaşdırmasına da gətirib çıxaracaq. Təbii ki, Ermənistan bu sənədi Azərbaycanla razılaşdırıb. Rəsmi Bakının icazəsi olmadan rəsmi Yerevan Vaşinqtonla belə bir bəyanat imzalaya bilməzdi. 
Qeyd edim ki, son günlərdə Rusiya Zəngəzur dəhlizi ilə bağlı mövqeyini ortaya qoymuşdu. Hətta bu dəhliz Rusiyanın Sərhəd qoşunlarının məsuliyyət zonasında olduğunu və Moskvanın icazəsi olmadan layihənin icrasını qeyri -mümkün hesab edirdi.
Vaşinqtonda bəyanatı seçkilər öncəsi N. Paşinyan bununla mövqeyini gücləndirmiş oldu. Çünki, müxalifət "Zəngəzur" dəhlizinin Azərbaycana güzəştə getdiyini ortaya atmışdı. Amma, Vaşinqtonda imzalanmış ikitərəfli Bəyanat belə bir iddialarım üzərindən xətt çəkdi. Həmçinin burada ərazilərin Ermənistanın yuridiskiyasında olduğu təsbit olunub. ABŞ şirkətləri Zəngəzurda təmir -tikinti işlərinə cəlb olunacaq. Ermənistanın da məhz planı bundan ibarətdir. Çünki, yolun təmiri üçün maliyyə lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31