Qaragölə bitişik ərazinin “azad edilməsi” üçün… – Papikyan
11:44 SiyasətErmənistan müdafiə naziri Suren Papikyan erməni əsgərlərin posta qalxarkən Azərbaycanın nəzarət məntəqəsindən keçdiyini təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, Papikyan bunu yerli mediaya açıqlamasında deyib.
"Onlar (erməni əsgərlər - red.) oradan keçirlər, bəlkə də salamlaşıb söhbət edirlər. Bu mərhələdə heç bir problem yoxdur. Aylardır ki, heç bir problem yaranmayıb", - Papikyan bildirib.
O vurğulayıb ki, Qaragölə bitişik ərazinin "azad edilməsi" sərhəd demarkasiyası və demarkasiya komissiyalarının səlahiyyətindədir. Ermənistan müdafiə naziri bununla "hərbi həmlə" ssenarisinin istisna edildiyinə eyham vurub.
Qeyd edək ki, Papikyanın bu fikirləri Ermənistan ictimaiyyətində birmənalı qarşılanmayıb. Hərbi ekspert Ayk Nahapetyan Qaragöldə strateji yüksəkliklərin Azərbaycan Ordusunun nəzarətində olduğunu bildirib.
Onun sözlərinə görə, Azərbaycan hərbçiləri buradan həm erməni mövqelərinə, həm də yaşayış məntəqələrinə rahat nəzarət edə bilirlər.