İranda daha güclü və qanlı sosial partlayışlar qaçılmazdır- ÖZƏL

"İranda hazırda vəziyyət "nə yuxarıların əvvəlki kimi idarə edə biləcəyi, nə də aşağıların əvvəlki kimi idarə olunmaq istədiyi"  haldadır". Bunu "Olaylar"a Milli Məclisin deputatı Sahib Alıyev deib: "Yəni sistem xarakterli böhrandan söhbət gedir. Bundan daha az qan tökməklə çıxış yolu var, amma rejim ona, yəni sistem xarakterli islahatlara heç də hazır görünmür. Təkcə ona görə yox ki, istəmir. İstəyə bilmir. Oradakı idarəçilik sistemində bunun baş verməsi üçün riyazi dillə desək, asimptotik paralellər heç olmasa eyni istiqamətli olmalıdır. Amma İranda bu belə deyil. Oradakı paralel idarəçiliyin ən güclü qolu ölkəni orta əsrlərə çəkir, digəri isə 21-ci əsrə doğru irəliləməyə cəhd edir.
Belədə indikindən də güclü və qanlı sosial partlayışlar qaçılmazdır və biz buna hazır olmalıyıq. Həm İrandakı soydaşlarımızın, həm də sərhədlərimizin təhlükəsizliyi məsələsi indi son dərəcə aktualdır. 
Fikrimcə, Azərbaycanla Türkiyənin xarici işlər nazirləri arasında dünənki telefon danışığında üzərində dayanılan məsələlərdən biri, bəlkə də birincisi bu olub. Danışıqlar haqda rəsmi açıqlamada regional təhlükəsizlik məsələsində "iki qardaş ölkənin koordinasiyalı hərəkət"indən söhbət gedir ki, indi bu, məncə, ikinci Qarabağ savaşı dönəmindəkindən də önəmlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31