Azərbaycan silahı ölkəmizin etibarlı müdafiəsinə xidmət edir- ÖZƏL
10:24 Siyasət"Biz zamanlar ölkəmizdə bir patron istehsal edə bilmirdik. Silah və sursatla təchizat sarıdan xarici dövlətlərdən asılı olduğumuzdan müdafiəmizin səviyyəsi də çox aşağı idi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib: "Bu gün isə vəziyyət tamamilə dəyişib. Cənab Prezidentimiz İlham Əliyevin Tərtərdə Azərsilahın elektromexanika zavodunu açması dövlətimizin müdafiə və sosial-iqtisadi siyasətinin göstəricilərindən biridir. Zavodun işə düşməsi ilə yeni iş yerləri yaradılır, bütöv bir sistem işə düşür, beynəlxalq silah satış sərgi yarmarkalarında yerimiz möhkəmlənir. Qalib əllərdə olan Azərbaycan silahı ölkəmizin etibarlı müdafiəsinə və sülhün qorunmasına xidmət edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31