ABŞ və Ermənistan TRIPP-in icrası üzrə birgə bəyanatı təsdiqlədi
09:59 SiyasətErmənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın dövlət katibi Marko Rubio ilə Vaşinqtonda görüş keçirib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, görüş zamanı Mirzoyan və Rubio 8 avqust 2025-ci il tarixində Vaşinqton Sülh Sammitində əldə olunmuş razılaşmaların icra vəziyyətini müzakirə ediblər.
Tərəflər Bakı ilə İrəvan arasında sülh prosesinin daha da institusional əsaslar üzərində qurulmasının əhəmiyyətini qeyd edərək, bu istiqamətdə atıla biləcək addımları nəzərdən keçiriblər.
Görüşün yekununda Ermənistanın xarici işlər naziri və ABŞ dövlət katibi iki ölkə arasında Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsinin həyata keçirilməsinə dair çərçivə sazişi üzrə birgə bəyanatı təsdiqləyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31