Rusiyadan Trampın İran bəyanatına reaksiya: “Qəbuledilməzdir!”

ABŞ liderinin İranla bağlı son bəyanatına Kremldən reaksiya gəlib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İrandakı vəziyyəti şərh edib.

Musavat.com-un məlumatına görə, o, qeyd edib ki, Vaşinqtonun İrana qarşı növbəti hərbi zərbələrlə hədələmələri qətiyyən qəbuledilməzdir.

"Rusiya İranın daxili siyasi proseslərinə xaricdən təxribatçı müdaxiləni qəti şəkildə pisləyir. İranda daxili siyasi vəziyyətin dinamikası və süni şəkildə alovlanan etirazların azalması vəziyyətin sabitləşməsini gözləməyə imkan verir", - diplomat bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31