Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin növbəti səfərlərinin tarixi ilə bağlı AÇIQLAMA

Hazırda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən qurulan "Sülh körpüsü" dialoq platforması təşəbbüsü çərçivəsində fəaliyyət davam etdirilir.

Bunu Trend-ə açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.

Mərkəz direktoru bildirib ki, hər iki tərəfdən olan qruplar öz ölkələrində vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirir. Eyni zamanda media üzərindən, müxtəlif media platformalarından istifadə etməklə dialoqlar təşkil olunur.

"Bu il ərzində, xüsusilə ilin birinci yarısında bir neçə plan nəzərdə tutulur. Bura elmi konfranslar, beynəlxalq tədbirlər daxildir. Məsələn, bu il Azərbaycanda Ümumdünya Şəhərsalma Forumunun (World Urban Forum) 13-cü sessiyası (WUF13), Ermənistanda 8-ci Avropa Siyasi Birliyi (European Political Community - EPC) Sammiti keçiriləcək. Qarşı tərəf təşəbbüs irəli sürdüyü təqdirdə, Azərbaycan Ermənistan numayəndələrinin WUF13-də iştiakı məsələsinə baxacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31