Eçmiədzin bölünür: Kilsədə islahat, yoxsa siyasi təmizləmə? – ÖZƏL
14:50 SiyasətKatolikos II Qareginin əleyhinə çıxan arxiyepiskopların sıraları genişlənir. Belə ki, erməni kilsəsinin yenilənməsi prosesinə qoşulan arxiyepiskopların sayı 16-ya çatıb. Bundan əvvəl hazırkı katolikosa müxalif olan 10 yepiskop erməni kilsəsinin yenilənməsi üzrə koordinasiya şurasının yaradıldığını elan edib. Şuranın qəbul etdiyi sənəddə kilsədə islahatların təşviqi, hazırkı kilsə başçısının vəzifədən uzaqlaşdırılması, katolikosun yerinə müvəqqəti rəhbərin seçilməsi, kilsənin nizamnaməsinin qəbulu və bütün ermənilərin katolikosunun müəyyən olunmuş qaydada seçilməsi nəzərdə tutulur.
Ermənistanda dövlət-kilsə münasibətləri necə nəticələnə bilər? Hazırda proseslərin inkişafı nəyi göstərir?
"Hazırda ifrat şovinist, faşist və xəstə erməni dünyagörüşünün daşıyıcısı olan II Qareginin yerini əvəzləyəcək yeni kilsə rəhbərinin Nikol Paşinyan siyasətinin tərəfdarı olması ehtimalı olduqca böyükdür. Çünki bu gün kilsəyə qarşı aparılan mübarizənin başında faktiki olaraq elə Nikol Paşinyanın özü dayanır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, arxiyepiskopların və yepiskopların mövcud kilsə rəhbərliyinə qarşı çıxması da, bir növ, Paşinyanın kilsəyə qarşı apardığı uğurlu təbliğatın nəticəsi kimi ortaya çıxmışdır.
Şübhəsiz ki, kilsədə aparılan islahatlar öz məntiqi sonluğuna çatarsa, bu proses Azərbaycan-Ermənistan münasibətlərinə, xüsusilə də sülh quruculuğuna müsbət təsir göstərə bilər. Bu, erməni kilsəsinin növbəti mərhələdə daha konstruktiv mövqe tutacağına və daha pozitiv fəaliyyət göstərəcəyinə ümid yaradır.
Erməni kilsəsi təkcə Ermənistanla məhdudlaşmır. Bəs diasporun bu parçalanmaya münasibəti necə olacaq?
İlkin mərhələdə erməni diasporasının bu dəyişikliklərlə barışmaması mümkündür. Lakin Qərb ölkələrində yaşayan erməni diasporası da çox yaxşı anlayır ki, hazırkı erməni katolikosu II Qaregin erməni xalqının və erməni dövlətinin maraqlarından daha çox, Rusiyanın Cənubi Qafqazda və xüsusilə Ermənistanda maraqlarını ifadə edən şəxsdir. O, bu yolda təkcə bu gün çətin vəziyyətdə olan ermənilərin deyil, ümumilikdə erməni millətinin strateji maraqlarını da böyük məmnuniyyətlə, müttəfiq qulluğu anlayışı ilə Rusiyanın xeyrinə qurban verməyə hazır olan bir fiqurdur. Məhz bu səbəbdən hesab edirəm ki, Qərbdəki erməni diasporası dəyişikliklərə ilk vaxtlar səssiz qalsa belə, sonradan bu proseslərin nəticələrini qəbul etməyə məcbur qalacaq.
Lamiyə Cəbrayılova