Şah rejimi indiki fars-molla rejimindən fərqli nə verə bilər?- ÖZƏL
13:35 Siyasət"Azadlıq arzusu ilə despotizmdən xilas olmaq istəyən insanlara şahdan danışmaq, onun vasitəsi ilə gün-güzəran, yenilik vədi vermək, ilk andan o istəklərin üstündən xətt çəkməkdir. İran indiki dönəm üçün məhz, şah termininin vasitə seçilməsi ilə vəziyyətdən çıxmağa çalışır. Bu, İranın indiki rejiminə də, xarici müdaxiləçilərə də sərf edən ən yaxşı versiyadır. Gözlənilən və proqnozlaşdırılan etirazların sönüklüyünün gerçək səbəbi budur. Teokratik və despot rejimi dəyişmək üçün bütün dövrlərin ən önəmli söykənəcəyi, dayağı demokratiya və azadlıqdır. Lakin İranda bunun əksi dövriyəyə buraxılıb". "Olaylar" xəbər verir ki, bunu "Cumhutiyyət" qəzetinin baş redaktoru Rafail Becanov deyib: "Hamı bilir, amma düşünür: Şah rejimi indiki fars-molla rejimindən fərqli nə verə bilər İrana və orada yaşayan xalqlara? Cavab və məntiq eynidir: indikindən də ağır sömürməçilik. İndi İranı haramı halal adıyla bir qrup sömürür. Pəhləviçilik qayıdarsa, İranı həm yeni rejim, həm də onun xarici havadarları bir az da ağır formada sömürəcək. Bu, teoriya yox, dərin düşüncə tələb etməyən reallıqdır.
Xalqların istismarı da eyni formada təkrarlanacaq. Bu gün molla rejiminin əsarətində olan Güney sabah şah rejiminin girovu olacaq. Riyaziyyatın sadə məntiqi belədir: Toplananların yerini dəyişdikdə cəm dəyişmir.
Bu gün İranın siyasi lideri var. Hadisələrin inkişafı onun dini liderdən önə çıxarıb. Bu, xüsusi nəzərə alınacaq faktdır. İlk dəfə sistem içindən bir lider dini liderdən önə çıxır. İslam İranının 47 illik tarixində belə bir hadisə olmayıb. Pezeşkian siyasi lider kimi proseslərin önündədir. Onun özünün də, soydaşlarımızın da onu indi Güneyin liderinə çevirmək şansı var. Bu şans əsrdə bir dəfə olur".