“Azərbaycanın qonşuluğunda gərginliyin yaşanmasını heç birimiz istəmirik”- ÖZƏL
13:33 Siyasət"Ötən həftə efirlərin birində demişdim ki, aksiyalardan sonra İran rejimi həbs olunanların kütləvi edamına başlayacaq, dərs vermək üçün. Ona görə də güc mərkəzləri Tehranı bu addından çəkindirmək üçün hərəkətə keçməlidir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Elşad Paşasoy deyib: "Müharibə tərəfdarı deyiləm. Amma günahsız insanların boynuna kəndir keçirilməsini də qəbul etmək mümkünsüzdür!
Məncə, prezident Tramp 25 faizlik rüsum "müharibəsi"ni bir kənara qoyub, İran rejimini xəbərdar etməlidir ki, hər edam olunan etirazçıya görə azı bir nöqtəli zərbə olacaq. Molla rejimi 600 nəfəri qətlə yetirəndən sonra həbs olunan azı 10 min nəfərin sırasından seçdiyi fəalların edam tamaşasını quracaqsa, dünyaya meydan oxumuş olacaq. Azərbaycanın qonşuluğunda gərginliyin yaşanmasını heç birimiz istəmirik. Dövlətimiz də bütün dünyada sülhün bərqərar olunmasını istəyir. Amma İranda, Cənubi Azərbaycanda qətlə yetirilən, sabahdan edam kürsüsünə çıxarılacaq azərbaycanlıların taleyindən də narahatıq. Bütün Türk dünyası, Türkiyə başda olmaqla, İran hakimiyyətinə müraciət edib, məhkəməsiz edamların dayandırılmasını tələb etməlidir. Əks təqdirdə nə qədər başlar gedəcək, fəallar məhv ediləcək və türklərə qənim kəsilən, onlara ana dilində təhsil hüququnu belə çix görən bir rejim bundan sonra daha bir neçə onilliklər yaşayacaq".