Arman Tatoyanın sözünün qatığı: İşğal davam etdiyi müddətdə real sülh mümkün deyil – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın sabiq ombudsmanı, "Birlik Qanadları" siyasi təşəbbüsünün rəhbəri Arman Tatoyan   yenə  başından  böyük  danışıb.Deyib  ki, sülhün bərqərar olması mütləq zərurətdir, lakin Ermənistanın "suveren ərazilərinin işğaldan azad edilməsi" məsələsini gələcəyə saxlamaq və unutmaq olmaz.

Tatoyan Facebook səhifəsində yazıb ki, danışıqlar güc yolu ilə ərazi zəbtinin mövcudluğunu kölgədə qoymamalıdır. Onun sözlərinə görə, ABŞ və Avropa vasitəçiləri açıq şəkildə bəyan etməlidirlər ki, Azərbaycan qoşunları hələ də Ermənistanın "suveren ərazilərində" mövcuddur və bu, etibarlı sülh sazişi ilə uyğun gəlmir.

O iddia edib ki, 2021-ci ildən etibarən Azərbaycan Sünik, Vayotsdzor və Geğarkunik vilayətlərində 200 kvadrat kilometrdən artıq "Ermənistan ərazisini" nəzarətə götürüb və bu illər ərzində aparılan danışıqlara baxmayaraq, "bir qarış belə torpaq geri qaytarılmayıb". Burda  bir məsəl  yada  düşür: O  baba  ölüb  e...

Tatoyan vurğulayıb ki, "işğal davam etdiyi şəraitdə" nə nəqliyyat dəhlizləri, nə regional inteqrasiya, nə də etimadın möhkəmləndirilməsi mümkündür. Onun fikrincə, hərbi yolla yaradılmış reallığın danışıqlar fonunda qorunub saxlanılması təhlükəli presedent yaradır və güc yolu ilə əldə edilən ərazilərin zamanla "legallaşdırıla biləcəyi" mesajını verir.

Sabiq ombudsman bildirib ki, davamlı sülh yalnız bir prinsip üzərində qurula bilər: sərhədlər güc yolu ilə dəyişdirilə bilməz və işğal zaman keçdikcə qəbul edilə bilməz. Tatoyan qeyd edib ki, rəhbərlik etdikləri siyasi xətt də məhz bu məntiqə əsaslanacaq. Burda  deyiblər, erməni  ki  erməni...

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31