Azərbaycanın yaşıl enerji hədəfləri və beynəlxalq tərəfdaşlıq modeli- ÖZƏL
12:26 Siyasət"Prezident İlham Əliyevin "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın enerji strategiyasının əsas istiqamətlərini aydın şəkildə ortaya qoydu. Dövlət başçısı bu layihəni ölkənin inkişaf yolunda mühüm addım kimi qiymətləndirərək, bərpa olunan enerji sahəsinin prioritet istiqamətə çevrildiyini vurğuladı.240 meqavat gücündə olan bu stansiya ölkənin enerji balansında mühüm rol oynamaqla yanaşı, ixrac potensialının artmasına da şərait yaradır. "ACWA Power" şirkəti ilə qurulan əməkdaşlıq Azərbaycanın beynəlxalq investorlar üçün etibarlı tərəfdaş olduğunu bir daha sübut edir. Şirkətin gələcəkdə Xəzər dənizində duzsuzlaşdırma layihəsində investor kimi iştirakı da bu etimadın göstəricisidir". "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının sədr müavini Leyla Babışova deyib: "Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, son illərdə bərpa olunan enerji mənbələrinin ölkənin ümumi enerji sisteminə inteqrasiyası sürətlə gedir. Bu prosesin davamlı xarakter daşıması üçün həm xarici, həm də yerli investorların cəlb edilməsi əsas məqsədlərdən biridir. Yerli şirkətlərin də bu sahəyə marağının artması müsbət tendensiya kimi qiymətləndirilir.Azərbaycanda mövcud olan siyasi, iqtisadi və sosial sabitlik investisiya mühitinin əsas dayaqlarındandır. Ölkəyə 300 milyard dollardan artıq xarici sərmayənin cəlb edilməsi bu siyasətin real nəticəsidir. Enerji sahəsində həyata keçirilən layihələr bu etimadı daha da möhkəmləndirir.
"Xızı-Abşeron" Külək Elektrik Stansiyası Azərbaycanın enerji sektorunda beynəlxalq əməkdaşlığın uğurlu nümunəsi kimi çıxış edir. Layihə ölkənin yaşıl enerji strategiyasının ardıcıl şəkildə reallaşdırıldığını və uzunmüddətli inkişaf hədəflərinə xidmət etdiyini nümayiş etdirir"