Aİ Rusiyaya qarşı 20-ci sanksiya paketini hazırlayır – ÖZƏL

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı növbəti 20-ci sanksiyalar paketini 24 fevral tarixinədək təqdim edə bilər. 

Olaylar.az xəbər verir ki, bu barədə "Euractiv" portalı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Finlandiya və İsveç Avropa Komissiyasını sanksiyaları daha da sərtləşdirməyə çağırıb. Təklif olunan yeni məhdudiyyətlərə aşağıdakılar daxildir: Rusiyaya dəbdəbəli əşyaların ixracının qadağan edilməsi; Rusiya neft tankerlərinə xidmət göstərilməsinin dayandırılması; Rusiyadan gətirilən gübrə idxalı üzrə kvotaların azaldılması.

Bundan əvvəl "Politico" nəşri də avropalı diplomatlara istinadən Aİ-nin 20-ci sanksiya paketinin hazırlanmasına 2026-cı ilin əvvəlində başlayacağı barədə məlumat dərc etmişdi.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31