Professor Ramazan Korkmaz: İnkişaf edən Azərbaycan Qafqazın sülh ümididir
13:07 SiyasətAzərbaycan yerləşdiyi geostrateji mövqe, malik olduğu təbii və insan resursları baxımından Qafqazın ürəyi hesab edilir. Azərbaycanın əmin-amanlıq şəraitində inkişaf etməsi bütün region ölkələrində sülhün mühkəmlənməsində və rifahın artmasında çox böyük rol oynayacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qafqaz Universitetləri Birliyinin rəhbəri, professor Ramazan Korkmaz ifadə edib.
Prezident İlham Əliyevin ötən ilin avqust ayında Vaşinqtona səfəri və bu səfər çərçivəsində qazanılan tarixi uğur haqqında danışan professor bildirib ki, o gün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması ilə yanaşı, Cənubi Qafqazda sülh, rifah və iqtisadi inkişafın təmin olunduğu elan edildi.
"Bu gün ABŞ-Azərbaycan münasibətləri yeni mərhələyə keçib. Bu münasibətlərin fonunda zamanın və tarixin bir dövrünün ən böyük ədalətsizliyi olan 907-ci düzəliş Konqres tərəfindən birdəfəlik ləğv edilməli, Azərbaycanın daha da inkişaf etməsi və tərəqqisi üçün yol açılmalıdır. Bölgənin gələcəyi üçün ən vacib məqamlardan biri də Zəngəzur dəhlizidir. Bu dəhlizin açılması Naxçıvanı Azərbaycanla birbaşa bağlayacağı kimi, başda Ermənistan olmaqla regionun iqtisadiyyatının inkişafına da güclü təkan verəcək. Bütün bu proseslərin uğurla nəticələnməsi üçün ABŞ-ın xoş niyyət jesti olaraq 907-ci maddəni qüvvədən salması və Azərbaycana qarşı tətbiq edilən bu haqsızlığa son verməsi zəruridir", - deyə professor vurğulayıb.