Aİ-nin hərbiləşdirmə fondu bütün problemləri həll edə bilməyəcək- ÖZƏL 

Avropa Komissarı və müdafiə və kosmos məsələləri üzrə məsul şəxs Andryus Kubilyus etiraf edib ki, Avropa İttifaqının (Aİ) hərbiləşdirmə fondu (SAFE) birlik ölkələrinin bütün müdafiə problemlərini həll etməyəcək. Olaylar.az xəbər verir ki, Kubilyus Britaniyanın Financial Times qəzetinə verdiyi müsahibədə bildirib: "Aİ müdafiə məsələlərində daha fəal rol oynamalıdır. Ancaq fond özü bütün problemləri həll edə bilməz". Onun sözlərinə görə, müdafiə məsələləri daha dərindən müzakirə edilməlidir.
Qeyd edək ki, 2025-ci ilin yazında Avropa İttifaqı üzv ölkələrin silahlı qüvvələrini gücləndirmək və Avropa iqtisadiyyatını hərbiləşdirmək məqsədilə ciddi addımlar atıb. Mart ayında Brüsseldə keçirilən fövqəladə sammitdə 800 milyard avro dəyərində ReArm EU silahlandırma planı təsdiqlənib. Daha sonra Aİ Şurası uzunmüddətli hərbi inkişaf proqramının bir hissəsi olaraq SAFE fondunun yaradılmasını təsdiqləyib. İyun ayında Haaqa sammitində NATO üzv ölkələri 2035-ci ilə qədər hərbi xərcləri ÜDM-in 5%-inə qədər artırmaq barədə qərar qəbul edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31