2025-ci ilin siyasi yekunu fonunda 2026-cı ilə diplomatik məharətlə keçidin təcəssümü- ÖZƏL
9 Yanvar 16:02 SiyasətÖlkə başçımız, cənab Prezident İlham Əliyevin ənənəvi olaraq ilin yekunu ilə bağlı yerli kanallara verdiyi müsahibə siyasi baxımdan önəmli, siyasi mahiyyət daşıyan mesajlarla dolu nəticə və strateji baxış kimi qəbul edilməlidir. Təbii ki, ölkəmizin qazandığı bütün siyasi dividendləri, ölkəmizin aktivinə yazılan bütün uğurları nəzərdən keçirəndə, böyük və şərəfli bir siyasi yolda qətiyyətlə addımların atılması, Azərbaycan diplomatiyasını yönəldən siyasətin incəlikləri ilə qlobal dünyanın yeni tələblərini uyğunlaşdıraraq həyata keçirən bir siyasət akademiyasının rəhbərinin dövlətimizi idarə etməsinin fərqindəyik. Cənab Prezident müsahibəsində nəticələrimizi sadalamaqla deyil, həm də Azərbaycanın daha geniş siyasi strategiyasını dəqiq şəkildə təsvir etdi.
Hörmətli Prezidentimizin tarixi dönüş nöqtəsi əsasən Azərbaycan-Ermənistan müharibəsi ilə bağlı oldu. Siyasi baxımdan müharibə ritorikalarına son qoyuldu, hazırda isə hüquqi və texniki məsələləri də öz xeyrimizə həll etmək üçün məharətli addımların atılması məqsədilə bu müsahibədə ciddi mesajlar verildi. Qazandığımız qələbə hərbi uğurumuzun yekunu olmaqla yanaşı, siyasi səviyyədə əldə olunmuş məharətin, qətiyyətin və intellektin nəticəsinin təsdiqidir. Sülhün qorunması və gücləndirilməsi də davamlı siyasət tələb edir. Bölgədə dəyişən siyasi reallıqlara uyğunlaşma qabiliyyətini nümayiş etdirmək, davamlı olaraq siyasi şəraitə uyğun paralel diplomatik addımlar atmaq yüksək zəkanın göstəriciləridir və biz əminliklə bildiririk ki, bu yanaşma ilə region siyasi xətalardan və qeyri-regional qüvvələrin əsarətdə saxlama siyasətindən qurtulmuşdur. Möhtərəm Prezidentimizin müasir beynəlxalq hüquq mexanizmləri effektiv işləmədiyi üçün Azərbaycan öz reallığını meydana gətirdi və bu yaradılan reallığı dünyada qəbul etdirdi. Bəli, bu, məharətin, yüksək qabiliyyətin, böyük düşüncənin və güc siyasəti ilə diplomatiyamızın sintezidir.
Ramil Hüseynov
"Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri