Azərbaycanın milli maraqları beynəlxalq səviyyədə qorunur- ÖZƏL
9 Yanvar 15:06 Siyasət"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına müsahibə verib. Prezident müsahibəsində 2025-ci ilin uğurlarını, ölkədəki sülh və təhlükəsizlik vəziyyətini, həmçinin 2026-cı ilin strateji prioritetlərini açıqlayıb. Çıxışında həm daxili idarəetmə, həm milli dəyərlərin qorunması, həm də iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq məsələlərinə toxunaraq cəmiyyətə və dövlət qurumlarına aydın mesajlar verib". "Olaylar" xəbər verir ki, bunu YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova deyib: "Dövlətimizin başçısı 2025-ci ili Azərbaycan üçün tarixi il adlandıraraq, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin siyasi həllinin əldə olunmasını vurğulayıb. O, bildirib ki, artıq ölkə sülh şəraitində fəaliyyət göstərir və bu vəziyyətin qorunması hər bir vətəndaşın və dövlət qurumunun məsuliyyətidir. Prezidentin sözlərinə görə, sülh və stabillik yalnız regional təhlükəsizliyi təmin etmir, həm də ölkənin iqtisadi və sosial inkişafı üçün əsas şərtdir.
Müsahibədə Azərbaycanın xarici siyasətindəki uğurlara da diqqət yetirilib. Dövlətimizin başçısı müsahibəsində bildirib ki, Azərbaycan beynəlxalq münasibətlərdə yeni mərhələyə qədəm qoyub, ABŞ və digər qlobal tərəfdaşlarla dialoq inkişaf etdirilib, regional əməkdaşlıq genişləndirilib. O, həmçinin vurğulayıb ki, Azərbaycanın milli maraqları beynəlxalq səviyyədə prioritet olaraq qorunur və qlobal məsələlərdə ölkənin mövqeyi strateji maraqlara söykənir".