İranda baş verən hadisələr ölkəni əhəmiyyətli dərəcədə dəyişəcək- ÖZƏL
9 Yanvar 12:17 Siyasət"Cənubi Qafqazın daxil olduğu Xəzər-Qaradəniz regionu, Azərbaycanla birbaşa əlaqəli olan Böyük Yaxın Şərq meqaregionu ciddi dəyişikliklər mərhələsinə artıq qədəm qoyub. Əvvəl yazırdıq ki, astanasındadır, amma artıq yeni epoxal dəyişikliklər mərhələsindəyik". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Zaur İbrahimli deyib: "Azərbaycan üçün risklər və imkanlar da artır. Azərbaycan bu mürəkkəb coğrafiyada artıq periferik oyunçu deyil, proseslərə fəal təsir potensialı olan "geosiyasi qovşaq" statusundadır. Azərbaycan üçün risklər və imkanlar da artır. İranada baş verən hadisələr ölkəni artıq əhəmiyyətli dərəcədə dəyişəcək. Bu transformasiya artıq tarixi zərurətdir. Transformasiya ssenarilərinin hanısının reallaşması bilavasitə bütün Yaxın Şərq regionu və Cənubi Qafqaza təsir göstərəcək. Azərbaycan bu prosesdən daha da güclənərək çıxa bilər. Bu istiqamətdə Bakı-Ankara koordinasiyası həyativacib əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyə üçün İranda dünyəvi, respublika idarəetmə modelinə tədricən keçid və konstitusion islahatların həyata keçirilməsi, ölkənin daxili bütövlüyü və ərazi bütünlüyünün saxlanılması starteji vacib məsələdir. İranda bütün xalqların və soydaşlarımızın haqq və hüquqlarının təmin edildiyi, qorunduğu, milli birliyi, həmrəyliyi əsas götürən siyasi rejimin qurulması bölgəmizdə geosiyasi tarazlığı qorumaq üçün çox vacibdir. Bu dəyişiklik İranı regionda Azərbaycan və Türkiyə, həmçinin digər qonşularla konstruktiv əməkdaşlıq edən strateji tərəfdaşa çeviriləcək. İranın tamamilə xarici idarəetmədən asılı vəziyyətə düşməsi qətiyyən yolverilməzdir. Fars millətçiliyinin yeni formada dirçəlişi qətiyyən arzuolunmazdır. Əgər xarici oyunçular bu istiqaməti seçsələr, hazırda bunun ilkin işartıları görünür, İranda uzunmüddətli sabitliyi təmin etmək mümkün olmayacaq. İranın rifahı, inkişafı fars millətçiliyi, teokratik avtoritarizm modellərindən tamamilə imtimadan ekçir. Əks halda parçalama prosesləri reallığa çeviriləcək, bütün Yaxın Şərqi partalacaq proseslər start götürə bilər. İndi 19, 20 əsr deyil, 21-ci əsrdir və müstəqil güclü Azərbaycan Respublikası tarix səhnəsində ön plandadır".