BMT-də hazırda ciddi islahat mümkün deyil- ÖZƏL
9 Yanvar 12:14 Siyasət"Beynəlxalq hüququn öz təsirini itirməsi fonunda Birləmiş Millətlər Təşkilatının əhəmiyyətinin azalması hələ onun gərəksiz qurum olması demək deyil. BMT hələ də dünyada sülhün, təhlükəsizliyin və insan hüquqlarının təminatıda mühüm rol oynamaqdadır. Onun sülhün, təhlükəsizliyin və insan hüquqlarının təminatıdakı rolunun nə olmasını bilmək üçün bu nəhəng qurumun hər bir adı gedən sahələrdəki fəaliyyəti barədə məlumatlı olmaq lazımdır". "Olaylar" xəbər verir ki, bunu hüquq müdafiəçisi, Əmək Hüquqları Müadfiə Liqasının sədri Sahib Məmmədov deyib: "BMT-də hazırda ciddi islahat mümkün deyil. İstənilən ciddi islahat və mövcud idarəçilik və qərar qəbuletmə mexanizmlərinin dəyişdirlməsinə edilən cəhd bu qurumun süqutuna gətirə bilər.
Millətlər Liqasının süqutu beynəlxalq münasibətlərdə gücün həlledici olması səbəbindən baş verdi. Faşist Almaniyası, Sovet İttifaqı, ABŞ, Böyük Britaniya, İtaliya, Yaponiya kimi dövlətlər dünyanı yenidən bölmək uğrunda başladıqları müharibələr dünya münaribəsinə çevrildi. Güc yolu ilə həlletmənin nə qədər dağıdıcı olmasından alınan dəslər BMT-nin yaranmasına gətirdi. Amma bu qurumu qalib dövlətlər öz bildikləri və özlərinə uyğun şəkildə yaratdılar və çox keçmədən "soyuq müharibə" başladı. Soyuq müharibə ayrı-ayrı ərazilərdə (məsələn Koreya) "isti müharibələrə" də çevrildi. Hazırda dünya ötən əsirin 30-cu illərini xatırladır. 2026-cı ildə ciddi tədbirlər olmasa geridönüş çətin olacaq".