İran rejiminin süqutu baş verərsə...- ÖZƏL
9 Yanvar 11:35 Siyasət"İran rejiminin süqutu baş verərsə, yeni hakimiyyəti kənarda axtarmağa ehtiyac yoxdur. İranın indiki prezidenti Məsud Pezeşkian rejimin süquta uğradığını, molla rejiminin devrildiyini, yeni Prezident üsul-idarəsinin və İran respublikasının yarandığının elan edildiyini bəyan etməlidir. Bütün ordunun və daxili qoşunların da prezidentə tabe olduğu vurğulanmalıdır. Bu, ölkə daxilində xaosun, parçalanmanın qarşısını ala bilər". "Olaylar" xəbər verir ki, bunu ƏHD Partiyası İdarə Heyətinin üzvü Azər Qasımov deyib: "Bundan sonra İran daxilindəki xalqlar müstəqillik yolunu tutmaq istəyərsə və ya Pezeşkianın idarəçiliyini qəbul etməzlərsə, onda yeni prezident seçkiləri üçün müəyyən dövrdən sonra vaxt təyin edilə bilər. Amma Sepah, Bəsic kimi silahlı qrupların buna mane olma ehtimalları böyük olduğu üçün dərhal ABŞ, Türkiyə ilə danışıqlara başlamaq lazım olacaq. Xüsusən də, Pezeşkianın Trampla görüşü mütləq olacaq, sonra region ölkələrinin liderləri ilə. Hesab edirəm ki, bu yolla həm Iranın, həm də regionu böyük kataklizmlərdən qorumaq olar".