Rəsmi İrəvan Azərbaycanın suverenliyini tanıyır, separatçılar hələ manipulyasiya edir - ÖZƏL
8 Yanvar 16:31 SiyasətQarabağdan qaçan separatçı Hovannes Gevorqyan "Artsax"ın hələ də mövcud olduğunu iddia edərək, həbsdə olan Ruben Vardanyanın uydurma fikirlərini "ümid mənbəyi" kimi təqdim etməyə çalışıb. Qeyd edək ki, son dövrlər İrəvanda separatçıların revanşist çağırışları və Qarabağa qayıdış mövzusunu manipulyasiya cəhdləri xeyli artıb.
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
"Hovannes Gevorqyanın Qarabağ erməniləri, onların təhlükəsiz şəraitdə Azərbaycana qayıtması və məskunlaşması ilə bağlı fikirləri rəsmi İrəvanın mövqeyini ifadə etmir, zira Ermənistan iqtidarı Azərbaycanın Qarabağ üzərində suveren hüququnu rəsmən tanıyıb və bu torpaqlara iddialarının olmadığını bəyan edib. Bundan əlavə Qarabağdan olan ermənilərə vətəndaşlıq statusu verməklə rəsmi İrəvan problemin kəskinləşdirilməsində maraqlı olmadığını izhar edib. Bununla belə məhz Paşinyan iqtidarının təşəbbüsü ilə Avropa Şurası, onun Parlament Assambleyası rəsmi Bakını guya ki, Qarabağda ermənilərə qarşı etnik təmizləmə siyasətinin aparılmasında ittiham edən və Azərbaycandan Qarabağ ermənilərinin geriyə təhlükəsiz qayıdışına təminat verə biləcək tədbirlərin həyata keçirilməsini tövsiyyə edən qətnamə qəbul etmişdir. Bu isə göstərir ki, Qarabağ kartından Ermənistanda həm iqtidar, həm də, muxalifət siyasi hakimiyyət uğrunda mübarizədə hələ bir müddət yararlanmağa çalışacaqlar.
Hovannesyan Qarabağdakı seperatçı rejimin təmsilçisi kimi rəsmi Paris, onun parlamentdəki institutları ilə müntəzəm olaraq ünsiyyətdə olub, o, daha çox Fransadakı erməni diasporası ilə münasibətlərdə olan bir qeyri-rəsmi şəxs kimi tanınır, lakin nəzərə almaq lazımdır ki, o Fransadakı tədbirlərə Ermənistanın Fransadakı səfiri Telmoncanyan ilə birgə qatılırdı, demək rəsmi İrəvan yaşananlardan hali idi, digər tərəfdən Gevorqyan "Armenpress"in Fransadakı təmsilçisi kimi də, çalışmışdı, bu informasiya agentliyi isə birbaşa rəsmi İrəvan qarşısında məsuliyyət daşıyır. Bütün bunların konteksində Gevorqyan bölgədə nüfuz dairəsi uğrunda gedən mübarizədə Rusiyanın deyil, Fransanın maraqlarının təmçilçisi kimi çıxış edə bilər.
Azərbaycan hakimiyyətinin Qarabağ ermənilərinə reronstruksiya ilə bağlı təklif və layihələrinə gəlincə onlar Ermənistan dövlətinə, Qarabağ ermənilərinin hüquqlarının müdafiəçisi kimi çıxış edən Avropa institutlarına da təqdim olunmuşdu. Azərbaycan dövləti özünün erməni əsilli vətəndaşlarının təhlükəsizliyinə təminat verməklə onların qanunvericiliklə təsbit olunmuş bütün hüquq və azadlıqlarının qorunacağına dair beynəlxalq birlik qarşısında öhdəliklər göturəcəyinə hazır olduğunu bəyan edib.Bununla yanaşı, alternativ olaraq Qərbi Azərbaycandan olan soydaşlarımızın da Ermənistanda təhlükəsizlik şəraitində yaşayışlarına təminat verilməsini də rəsmi İrəvandan tələb etməyi özünün haqq işi olduğunu bildirir".
Zeynəb Mustafazadə