Prezidentimiz Vətəni, torpağı və dili ən yüksək mərtəbədə qərarlaşdırdı - ÖZƏL

"Ötən dövrə nəzər yetirdiyimiz zaman 2025-ci ili Azərbaycan tarixində xüsusi seçilən, olduqca əhəmiyyətli il kimi heç çəkinmədən, hətta qürurla xarakterizə etmək olar. Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə də dəqiqliklə bildirdiyi kimi 2025-ci il bəlkə də müstəqillik tariximizdə ən önəmli illərdən biridir. Biz dünya tarixinə yazılacaq hadisələrə imza atan, siyasi gündəliyi formalaşdıran, tarixin axarına və iqtisadi mübadiləyə istiqamət verən böyük xalqıq."

Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Azərbaycan Lideri cənab İlham Əliyev elə bir reallıq yaratdı ki, tarix, xalqlar və gələcək nəsillər Ona yalnız və yalnız minnətdar olacaq. Heç bir tərəfin də bizi qınamağa cəhd göstərməsi üçün əsas belə buraxmadıq. Çünki əsrlərlə, illərlə davam edən Ermənistan-Azərbaycan münaqişəsinə de-facto son qoyuldu. Dünyadakı yanan ocaqlardan biri söndürüldü. Biz artıq sülhün və sülh şəraitində yaşamağın nə demək olduğunu duymağa başlamışıq. Baxmayaraq ki, 8 avqust 2025-ci il tarixindən bu günə qədər elə də böyük zaman məsafəsi qət olunmayıb, buna baxmayaraq əlimizdə praktik nəticələr mövcuddur. Deməli, prosesləri, tarixi, beynəlxalq hüququ düzgün dərk etmək olarsa, sayıq yanaşma ortaya qoymaq mümkün olarsa, o zaman normal münasibətlər də qurmaq olar. Hələ bu münasibətlərdən iqtisadi və siyasi dividentlər də artıq görünürsə. Azərbaycanın illər ərzində Ermənistana aşılamaq istədiyi də məhz bu idi. Təbii ki, məhz Azərbaycan böyük qətiyyət nümayiş etdirdi, Azərbaycan Lideri gecəsini gündüzünə qataraq gərgin əmək sərf etdi. Özü də kiyayət qədər həssas dönəmlərdən keçərək, təzyiqləri uğurla dəf edərək. Zəngəzur dəhlizinin açılması reallıqdır. Bunu ABŞ-ın Prezidenti Donald Tramp da artıq təsdiq edib. Müsahibə zamanı dövlət başçımız Vətən, yurd, dil, torpaq sevgisinə ən ali, ən müqəddəs formada toxundu. Prezidentimiz Vətəni, torpağı və dili ən yüksək mərtəbədə qərarlaşdırdı. Şübhəsiz ki, məhz belə bir sərkərdənin, məhz belə bir Müzəffər Ali Baş Komandanın yürütdüyü siyasətin, torpağa, vətənə, xalqa, dilə göstərmiş olduğu həssas və ali münasibətin nəticəsidir ki, Azərbaycan bugünkü reallığı yaşayır və bölgə 
xalqlarına da bunu yaşadır. Regionumuzda və regionumuzdan qat-qat uzaq məsafələrdə baş verən hadisələr, durum ortadadır. Beynəlxalq hüquq yoxdur. Mövcud olan yeganə amil gücdür. Kim güclüdürsə, o da haqlıdır. Bunu isə Azərbaycanın dövlət başçısı indi demədi. İllər öncədən dövlət başçımız xalqımıza təlqin etməyə çalışırdı ki, bizim yeganə yolumuz və amalımız güclü olmaqdır və şübhəsiz ki, xalq iqtidar-birliyi, milli həmrəylik ortaya qoymaqdır. Məhz bu birliyin nəticəsidir ki, biz sadəcə döyüş meydanının deyil, bütün meydanların qələbə qazanan tərəfi olmuşuq. Azərbaycan cəmiyyəti, xalqı ideoloji baxımından o qədər möhkəmləndirilib ki, biz artıq sadəcə siyasi baxımdan səriştəli deyilik, eyni zamanda tarixini bilən, özünü dərk edən, elmli, təhsilli, sayıq bir millətik. Bu baxımdandır ki, bütün xalqımız cənab Prezident İlhəm Əliyevin yürütdüyü siyasəti dəstəkləyir. Azərbaycan xalqının başını teleqram kanallarında dərc edilən heç bir sənədlərlə, yola verilən sözlərlə, ritorikayla aldatmaq olmaz. Hər bir kəs hadisələrin inkişaf tendensiyasını izləyir və Müzəffər Ali Baş Komandanın siyasətini dəstəkləyir.

Dünyada yeganə reallıq güclü olmaqdırsa, Azərbaycan da bu amilin arxası ilə gedir. Bu baxımdan ABŞ-Azərbaycan münasibətlərinun inkişaf etməsi reallıq çərçivəsindədir. Lakin bütün bunların fövqündə Azərbaycan bərabər hüquqlu tərəfdaşlıqda və əməkdaşlıqda, xalqların birgi yaşayışında, sülh quruculuğunda, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqində maraqlıdır. Bu baxımdan ötürdüyümüz mesajlar döyüş meydanına deyil, sülhə, əməkdaşlığa səsləyir."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31