İranda etirazlar və “V” planı: Azərbaycanın sabitliyi qorunur- ÖZƏL
8 Yanvar 14:13 Siyasətİranda etirazların dərinləşməsi və ABŞ Prezidenti Donald Trampın nümayişçilərə açıq dəstəyi gərginliyi daha da artırır, rəsmi Tehran isə bunun regionu xaosa sürükləyəcəyini bildirir. Ekspertlərə görə, İranın süqutunu nəzərdə tutan "V" (Viran) planı Azərbaycan üçün cənub sərhədlərində nəzarətsiz zonalar, böyük güclərin təzyiqinin artması və Cənubi Azərbaycandakı proseslərin Bakını istəmədiyi münaqişələrə cəlb etməsi kimi ciddi risklər yarada bilər.
Mövzu ilə bağlı politoloq Fuad Heydər Olaylar.az-a açıqlama verib:
" ABŞ-da hakimiyyətə gəldiyi dövrdə Donald Tramp başlıca məqsədlərini sülhə qoysa da, baş verən proseslər, məsələn, Venesuela prezidentinin həbs edilməsi, göstərir ki, bu proseslərin hamısı ABŞ-ın işğalçılıq siyasətini mədəni və siyasi şəkildə aparmaq cəhdidir. İranda baş verən daxili qarşıdurmalar da ABŞ-ın İranı özlərinə rəqib olaraq görməsi səbəbindən onu zəiflətmək üçün atdığı addımlardır. Amma baş verən proseslərin, qeyd etdiyiniz kimi, silahlı qarşıdurmalar, qaçaqmalçılıq və digər proseslərin heç biri Azərbaycana əks təsir göstərə bilməz. Çünki Azərbaycanda sabitlik hökm sürür və Cənubi Prezident dəfələrlə bu proseslərdə göstərib ki, nəyi və nə zaman edəcəyini yaxşı bilir.
Təbii ki, Bakı üçün potensial təhlükə ola biləcək faktorlardan biri miqrant axınıdır. Amma bildiyimiz kimi, karantin rejimi və mövcud qaydalar səbəbindən ölkəyə qəbul məhduddur. Quru sərhədlər bağlıdır. Bu baxımdan onlar üçün əlavə asanlıq olmayacaq. ABŞ və Rusiya bölgədə güclü mövqelər əldə etmək istəyirlər, amma bu cəhd gözlənilən nəticəni verməyəcək. Normal şəraitdə hər bir proses insanların istədiyi və istəmədiyi şəkildə inkişaf edir.
Cənab Prezident İlham Əliyevin uğurlu və ağıllı siyasəti nəticəsində bu proses heç bir zaman baş tutmayacaq. Azərbaycan heç bir təhlükə altında deyil, çünki Cənab Prezident daxili və beynəlxalq siyasətdə yüksək səviyyə nümayiş etdirir. Bunu 44 günlük Vətən müharibəsində də gördük. Müharibə dövründə Azərbaycana qarşı çox güclü təzyiqlər var idi, amma Cənab Prezident heç birinin qarşısında yaxa çəkmədi. Çünki Cənab Prezident xalqına güvənir və xalq da onun yanındadır. Bunu biz dəfələrlə müşahidə etmişik. Müharibədən əvvəl və sonra bütün proseslərdə xalq Cənab Prezidentin yanında olub. Azərbaycan Prezidenti bütün xalqın yanında durur və xalqın övladıdır.
Bu səbəbdən heç bir problem gözlənilmir. Amma risklər qaçınılmazdır. Sərhədlə bağlı hadisələr və qaçaqmalçılıq kimi risklərin olması mümkündür. Amma bunların Azərbaycana və Bakıya böyük təhlükə mənbəyinə çevrilməsi absurddur".
Zeynəb Mustafazadə