Livana görə İsraillə müharibəyə başlayacaqlar? - PROQNOZ

İsrailin Livanda yeni hərbi əməliyyat planı üçün ABŞ-nin dəstək verməsi Yaxın Şərqdə gərginliyin daha da artacağı ilə bağlı narahatlıqları gücləndirib.

Dövlət televiziyası "Kan"ın yaydığı məlumata əsasən, bu addım bölgədə genişmiqyaslı münaqişə riskini artıraraq regional sabitliyə ciddi təhdid yarada bilərmi? 

Politoloq Kazım Kazımov bildirib ki, İsrail Livanda iki ilə yaxındır ki, hərbi əməliyyatlar keçirir. Onun sözlərinə görə, bunlar hava əməliyyatları və quru əməliyyatlarıdır:

"Düzdür, quru əməliyyatları əsasən sərhəd boyu zonalarla yekunlaşır. Lakin hava əməliyyatları başda Beyrut olmaqla, ölkənin bir çox şəhərlərində həyata keçirilir. İsrail bu əməliyyatlar nəticəsində sadəcə Hizbullah təşkilatının strukturlarını hədəf aldığını elan etsə də, məsələ bundan ibarətdir ki, mülki şəxslərdən də çoxlu zərər görənlər və çox sayda ölənlər var. Bundan sonrakı hava əməliyyatının biraz daha geniş olacağını və burada Hizbullah strukturlarının, o cümlədən digər antiinhisar mövqedə yaranan təşkilatların və mülki şəxslərin zərər görəcəyini düşünürəm". 

Politoloq Livan üçün heç kimin İsraillə geniş mübarizəyə girəcəyini düşünmür:

"Əvvəllər bunun İran olduğu ehtimalı var idi. Lakin Hizbullahın qurucu liderlərindən olan Həsən Nəsrullah Hizbullaha çox sarsıdıcı zərbə vururdu. İran Hizbullaha görə İsrailə qarşı hər hansısa bir əməliyyata başlamadı. Hətta İsrail İrana qarşı hərbi əməliyyat həyata keçirdi. Artıq Hizbullah zəifləyib və dağılma ərəfəsindədir. Zəifləmiş Hizbullah üçün İran ayağa qalxmaz. Digər ərəb ölkələri isə Livanı xaricdən müşahidə edirlər. Livan hazırda çox mürəkkəb vəziyyətdədir. Ölkədə çox ciddi iqtisadi xaos var. Siyasi və dini qruplar arasında çox kəskin rəqabət var. Bir çox tərəflər eyni ölkənin vətəndaşı olmalarına baxmayaraq bir-birlərini düşmən kimi görürlər. Öz daxilində birləşməyən bir ölkə üçün digər qonşu ölkələr İsraillə qarşı-qarşıya gəlməz. Livandakı bu hərbi əməliyyatlar İsrail üçün çox da ciddi təhlükə törətməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31