Körpü yıxanlar körpü quranlara qarşı
21:04 SiyasətSayman Aruza qarşı yönələn şər-böhtan kampaniyasının mahiyyəti: körpü yaradanlara qarşı körpü uçuranların hücumu
Müasir informasiya mühitində ideoloji mübarizə təkcə silah və siyasət müstəvisində deyil, eyni zamanda söz, düşüncə və intellektual nüfuz üzərindən aparılır. Bu baxımdan, tanınmış publisist, proqram aparıcısı və ictimai-ədəbi xadim Sayman Aruza qarşı son dövrlərdə baş verən hücumlar təsadüfi emosional reaksiyalar deyil, daha geniş miqyaslı ideoloji və geosiyasi toqquşmaların informasiya sferasındakı təzahürüdür.
Bu hücumlar nə bir həftənin, nə bir ayın, nə də tək bir hadisənin məhsuludur. Məsələ artıq illər ərzində formalaşdırılan mövqeyin, Cənubi və Şimali Azərbaycan arasında mədəni-ədəbi körpü rolunu oynayan bir şəxsiyyətin məqsədli şəkildə gözdən salınması siyasətidir.
Xudafərin yanında qurulan "Körpü": təkcə proqram yox, ideya xətti
Sayman Aruz uzun illər Xudafərin körpüsünün yanında, Arazın cənub sahilində İran rejiminin sistemli təxribatlarına və ideoloji basqılarına məruz qalan bir məkanda "Körpü" adlanan televiziya proqramını aparmışdır. Bu proqram sadəcə veriliş deyil, tarixi, ədəbi və milli yaddaşın canlı platforması, bir ideoloji müqavimət forması idi.
Sayman Aruz bu proqram vasitəsilə:
Cənubi Azərbaycan yazarlarının səsini geniş auditoriyaya çatdırırdı
Repressiyaya baxmayaraq öz milli kimliyini qoruyan düşüncə adamlarını tanıdırdı
Xudafərin rəmzini ayrılıq yox, birləşmə amili kimi təqdim edirdi
Qorxu atmosferində belə sözün və ədəbiyyatın tərəfini tuturdu
Onun yanında duran insanlar - Zəncandan, Təbrizdən, Urmiyadan, Ərdəbildən, Tehrandan gələn ədiblər və ziyalılar - bu verilişə qatılmaqla öz həyatlarını risk altına qoyurdular. Bu faktın özü "Körpü"nün sıradan bir layihə olmadığını açıq göstərir.
Lakin təəssüf ki, bu illər ərzində Sayman Aruzunun bu fəaliyyəti barədə bəzi çevrələr - ədəbiyyata mədəni yox, maliyyə və şəxsi mənfəət prizmasından baxan qruplar - sükut nümayiş etdirmiş, hətta bəzən bu fəaliyyətə kölgə salmağa çalışmışlar.
Yazıçılar Birliyindəki fəaliyyəti: sözün institusional səması
Sayman Aruzunun fəaliyyəti yalnız televiziya və publisistika ilə məhdudlaşmır. O, eyni zamanda Yazıçılar Birliyi daxilində də aktiv, prinsipial və təşəbbüskar bir ədəbi sima kimi tanınır.
Onun Birlik çərçivəsində gördüyü işlər arasında:
Gənc yazarların ədəbi mühitə inteqrasiyasına dəstək
Cənubi Azərbaycan mövzulu tədbirlərin təşkili
Ədəbiyyatın siyasətə yox, millətin gələcəyinə xidmət etməsi xəttinin müdafiəsi
Müxtəlif platformalarda Azərbaycan ədəbiyyatının bütün bütövlüyü ilə təbliği
xüsusi qeyd olunmalıdır.
Bu mövqeyi isə bəzi dairələri ciddi şəkildə narahat etmişdir. Çünki Sayman Aruz kompromislərə yox, prinsiplərə əsaslanan bir mövqe sərgiləyir.
Hücumların ideoloji xətti: kimlərə sərf edir?
Sayman Aruza qarşı aparılan hücumlar sırf şəxsi mübahisə yox, planlı qaralama və nüfuz sındırma kampaniyası təsiri bağışlayır. Bu kampaniyada istifadə olunan üslub, ifadələr və arqumentlər diqqətlə analiz edildikdə, aşağıdakı ehtimalı gücləndirir:
Bu hücumlar bəzi iran və rus mərkəzli düşüncə ocaqlarının təsir orbitində olan şəxslər tərəfindən dəstəklənir və yönləndirilir. Məqsəd isə açıqdır:
Azərbaycan ədəbi mühitində milli xətti zəiflətmək
Cənubi Azərbaycan mövzusunu diskreditasiya etmək
Körpü rolunu oynayan şəxsləri sıradan çıxarmaq
Daxili qarşıdurma yaratmaqla ümumi müqaviməti zəiflətmək
Əlbəttə, bu, birbaşa rəsmi sübut kimi yox, analitik-geosiyasi ehtimal kimi dəyərləndirilməlidir. Lakin istifadə olunan təbliğat dili, mövzu seçimi və zamanlama bu ehtimali ciddi şəkildə gücləndirir.
Həmçinin sözügedən şəxslərin Azərbaycan dövlətinə, onun büdcə və mədəniyyət strukturlarına başqa ölkənin pasportu ilə "sorğu-sual" mövqeyindən yanaşması hüquqi baxımdan da suallar doğurur. Hüquqi mexanizmlər baxımından onların müraciət ünvanı Bakı yox, öz yaşadıqları bölgənin inzibati strukturlarıdır.
Burada əsas sual budur:
Niyə bu şəxslər İranın öz daxilində mədəni və ədəbi problemlərə səs çıxarmır, amma Azərbaycan mühitini hədəf alırlar?
Bu sualın cavabı kampaniyanın arxasında yalnız şəxsi ambisiya yox, təsir və yönləndirmə faktorunun olduğunu göstərir.
Hüseyniyun üslubu və aşağıdan başlayan hücum
Bu metodologiya, üslub və intonasiya bizə əvvəllər tanış olan "Hüseyniyun" yanaşmasını xatırladır:
Fərq yalnız miqyasdadır - orada açıq hücum, burada isə tədrici, sızma və qaralama metodu.
Bu isə onu göstərir ki, məsələ Sayman Aruzunun şəxsiyyəti yox, təmsil etdiyi xətt və simvolik mövqe ilə bağlıdır.
Nəticə: Qaralama yox, dəyər mübarizəsi
Bu gün Evin zindanında aclıq aksiyası keçirən insanlar var. Onlar düşüncə və söz azadlığı uğrunda real fiziki risk alırlar. Belə bir dövrdə daxildə süni düşmən obrazı yaradaraq körpüləri yıxmağa çalışanların mövqeyi həm mənəvi, həm də milli baxımdan zərərlidir.
Sayman Aruz bu körpünü yıxanlardan yox, quranlardan biri olub və olaraq da qalır.
Və tarix həmişə bir şeyi göstərib:
Körpü uçuranlar yox, körpü yaradanlar xatırlanır.

Həsən Kərimzadə
Yazıçı, tədqiqatçı-Təbriz