BMT baş katibi Azərbaycan və Ermənistan arasındakı razılaşmanı pozitiv bir hadisə kimi qeyd edib

Ötən il ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşma ümid işığı gətirdi.

Bunu BMT baş katibi António Quterriş BMT Baş Assambleyası 80- ci sessiyasında çıxışı zamanı bildirib.

"Ötən il, o cümlədən Kamboca ilə Tayland arasında atəşkəs və ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma ümid işığı gətirib. Lakin hələ də çoxsaylı böhranlar nəzarətsiz qalır və cəzasızlıq hökmranlıq sürməyə davam edir", -deyə o bildirib.

Quterriş vurğulayıb ki, Təhlükəsizlik Şurası daha şəffaf və səmərəli olmalıdır.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Vaşinqtonda görüşü ilə bağlı Birgə Bəyannamə imzalayıblar.

Bundan başqa, Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilən görüşdə "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası xarici işlər naziri arasında sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş" layihəsini paraflayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31