Prezident və birinci xanım BMT-nin mənzil qərargahına gəliblər

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli müzakirələrdə iştirak etmək üçün BMT-nin mənzil qərargahına gəliblər.

BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı salamlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31