Turab Rzayev: “Paşinyan xəyali Ermənistandan real Ermənistana keçid etməyə çalışır - ÖZƏL
15:30 SiyasətErmənistan Baş naziri Nikol Paşinyan 2019-cu il "Qarabağ Ermənistandır" bəyanatını SSRİ dövründən qalan ərazi iddialarına əsaslanan " köhnə vətənpərvərlik modeli" çərçivəsində verdiyini, amma indi sülh yönümlü yeni modelə keçdiyini bildirib.
Paşinyanın "köhnə vətənpərvərlik modeli"ni SSRİ-yə bağlaması Ermənistan cəmiyyətində hansı reaksiyaya səbəb ola bilər? Bu açıqlama, Ermənistanın gələcək sülh siyasətinə real təsir göstərə bilərmi, yoxsa sadəcə daxili auditoriyaya mesajdır?
Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:
" Paşinyana tənə edirlər ki, niyə Qarabağ Ermənistandır deyib. O da bunu izah edir. Çünki Paşinyan hazırda real siyasət yürüdür və görür ki, 100 milyonluq Türkiyə və 10 milyonluq Azərbaycan arasında 2 milyonluq Ermənistan bu iki ölkənin düşməni olub və həyatta qalma şansı yoxdur. Ona görə də Paşinyan çalışır ki, bu ölkələr arasında münasibətləri düzəltsin. Azərbaycan ərazisini tanıyır, Türkiyənin Ağrı dağının simvolunu gerbdən çıxardı və s. Paşinyan izah edir ki, biz nağıllar ələmində "xəyali Ermənistan" dan və ya "tarixi Ermənistan"dan deyil, real Ermənistanın problemlərini həll eləməliyik. Ermənistandan demokratik, iqtisadi, enerji, ticarət problemi var, qonşularla düşmən münasibətdədir, nəqliyyat bağlıdır, faktiki blokada mövcuddur. Buna görə də onun lazımlı məsələləri həll etməsi vacibdir. "Dənizdən dənizə Ermənistan" ideasını və bütün qonşu ölkələr qarşı düşmən mövqe davam etdirmək Ermənistana və ya erməni cəmiyyətinə, erməni iqtisadiyyatına heç bir fayda vermir. O deyir ki, o zamankı mövcud vəziyyətdə bu ifadə tələb olunurdu. Erməni cəmiyyəti yetişdirilsin və o bunu vətənpərvərlik naminə ifadə etmişdi. Amma indiki halda artıq real siyasət qaydadır. Xəyali, dənizdən-dənizə erməninin ağalığını davam etdirmək ehtiyacı yoxdur. İndiki halda real, dünyanın tanıdığı Ermənistan inkişaf etdirmək lazımdır".
Zeynəb Mustafazadə