Dünyanın ən böyük maliyyə qurumları Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar- ÖZƏL
14:57 Siyasət"Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu artmaqda davam edir. Artıq dünyanın əksər dövlətləri, eləcə də aparıcı oturuşmuş şirkətləri Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdırlar. Səbəb ölkəmizdə dayanıqlı iqtisadi inkişafın təmin olunması və dövlət olaraq Azərbaycanın etibarlı tərəfdaş olmasıdır". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Alim Hüseynli deyib: "Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş siyasəti dünyaya sübut etdi ki, Azərbaycan qarşısına qoyduğu məqsədə nail olmaqdan ötrü bütün baryerləri aşmağa qadirdir. Belə ki, Cənubi Qafqaz regionunda ədalətli və uzunmüddətli sülhün bərqərar olması istiqamətində irəli sürülən təşəbbüslər və əldə edilən nəticələr məhz ölkəmizin ciddi səyi nəticəsində mümkün olub. Elə bu səbədən də dünya ölkələri Azərbaycanı yalnız iqtisadi müstəqilliyinə görə deyil, həm də qlobal sülhün və təhlükəsizliyin təminatçısı kimi tanıyır. Bu isə ölkəmizlə siyasi və iqtisadi əməkdaşlığa yaşıl işıq yandırır. Məlum olduğu kimi, Prezidenti İlham Əliyev sentyabrın 22-də Nyu-Yorka səfəri çərçivəsində dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan "Brookfield Asset Management" şirkətinin baş icraçı direktoru Brüs Flətt, "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktoru Corc Volker və "Blackstone" şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüşüb. Maraqlı məsələ ondan ibarətdir ki, hər üç görüş qarşı tərəfin müraciəti əsasında baş tutub. Hansı ki, adıçıkilən şirkətlər dünyanın ən böyük maliyyə qurumlarından hesab olunurlar. Təkcə bu fakt dünyanın ən nüfuzlu şirkətlərinin Azərbaycana və onun liderinə qarşı olan marağının təzahürüdür. Nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyev fəaliyyəti dövründə bütün dünyaya sübut etdi ki, ölkəmiz qüdrətli, köklü dövlətdir, dünyanın aparıcı dövlətlərinin müqaviməti ilə üzləşsə belə, istənilən məqsədə çatmağa qadirdir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin mahiyyəti güclü iqtisadiyyata, uğurlu diplomatiyaya və döyüşə hazır orduya malik ölkə yaratmaqdan ibarətdir. Qətiyyətlə demək olar ki, ölkəmizdə yaradılan sabitlik, şəffaflıq və davamlı inkişaf bu cür əməkdaşlığın davamlı olmasına şərait yaradır".